Türkiyə Finlandiya ilə İsveçin NATO üzvlüyünə hə deməyəcək
https://azeri.sahartv.ir/news/türkiyə-i389210-türkiyə_finlandiya_ilə_İsveçin_nato_üzvlüyünə_hə_deməyəcək
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan ölkəsinin İsveçlə Finlandiyanın NATO üzvlüyünə qarşı mövqeyini təkrar vurğulayıb.
(last modified 2024-06-07T05:07:56+00:00 )
May 18, 2022 10:09 Asia/Baku
  • Türkiyə Finlandiya ilə İsveçin NATO üzvlüyünə hə deməyəcək

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan ölkəsinin İsveçlə Finlandiyanın NATO üzvlüyünə qarşı mövqeyini təkrar vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən,Ərdoğan İsveç və Finlandiyanın NATO-ya mümkün üzvlüyünə münasibət bildirərkən deyib: “PKK və YPG terror təşkilatlarına dəstək vermək, daha sonra isə NATO-ya üzvlük üçün Türkiyədən dəstək istəmək məntiqsizlikdir.”

 “30 terrorçunu istədik, bizə təhvil vermədilər”, - Ərdoğan vurğulayıb.

Türkiyə Prezidenti, Finlandiya ilə İsveçin NATO üzvlüyünə sorğu-sualsız “hə” deməyəcəklərini bəyan edib.