May 24, 2022 13:28 Asia/Baku
  • Keçmiş NATO rəsmisi: Ərdoğan NATO-nu girov götürüb

Keçmiş NATO rəsmisi Türkiyə prezidentinin İsveç və Finlandiyanın alyansa üzvlüyü ilə bağlı mövqeyini tənqid edib və onun bütün NATO üzvlərini girov götürdüyünü bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, NATO baş katibinin keçmiş müavini Stefani Babst İsveçin NATO-ya üzvlük müraciəti və Türkiyənin etirazları ilə bağlı deyib: "NATO-nun digər üzvləri bunu Türkiyə prezidentinə başa salmalıdırlar ki, o, İsveç və Finlandiyanı və NATO-nun bütün digər 30 müttəfiqini öz milli siyasi məqsədləri üçün girov saxlayır".

O, prezident Rəcəb Tayyib Ərdoğanın "Finlandiya və İsveç terror təşkilatları üçün qonaq evləri kimidirlər" ifadəsi ilə bağlı deyib: "O, daha əvvəl də bu ifadələrdən istifadə edib. Bu, onun ölkə daxilindəki seçki bazasına bir mesajdır".

"Ərdoğanı qarşıda seçki gözləyir. Türkiyədə iqtisadi vəziyyət olduqca qorxuncdur. Buna görə də, o, liderlik nümayiş etdirmək istəyir; O, başçısı olduğunu göstərmək istəyir. O, öz strateji mesajlarını çatdırmaq üçün Finlandiya və İsveçdən istifadə edir", - deyə NATO rəsmisi əlavə edib.

Stefani Babst qeyd edib ki, NATO-nun digər müttəfiqləri prezident Ərdoğana İsveç və Finlandiyanı və NATO-nun bütün digər 30 müttəfiq ölkəsini öz milli siyasi məqsədləri üçün girov götürdüyünü açıq şəkildə bildirməlidirlər.

Qeyd edək ki, Finlandiya və İsveç mayın 15-də NATO-ya üzvlük üçün rəsmi müraciət ediblər, lakin bu təhlükəsizlik alyansına yeni üzvün qəbulu bütün üzv dövlətlərin hamısının yekdil dəstəyini tələb edir. Bu günə qədər isə Türkiyədən başqa Xorvatiya prezidenti də bu iki ölkənin NATO-ya üzvlüyünə qarşı çıxıb.

Teqlər