İyun 02, 2022 13:02 Asia/Baku
  • Türkiyəyə qarşı «birbaşa təhdid»

Türkiyə hökumətinin himayədarı olan partiyalardan birinin lideri NATO-nun genişləndirilməsi üstündə Afina ilə ixtilafların qızğın çağında bildirib ki, ABŞ-ın Yunanıstandakı bazaları Türkiyəni təhlükəsizliyinə qarşı «birbaşa təhdid»dirlər.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyədə sağ təmayüllü Milliyyətçi Hərəkat Partiyasının sədri və Ərdoğanın müttəfiqi Dövlət Bağçalı bu ölkə parlamentindəki çıxışında deyib: Yunanıstan odla oynayır, Amerika bazaları da «bizim təhlükəsizliyimiz üçün təhdiddirlər» və amerikalılar yunan tərəfdən bir fiqur kimi istifadə edirlər.

Amerika və Yunanıstan cari milad ayının əvvəllərində öz hərbi mövqelərini genişləndirmək istiqamətində beşillik ikitərəfli hərbi müqavilə imzaladılar. Bu müqavilə Amerikaya Krit adasında uzunmüddətli dəniz iştirakından əlavə, Yunanıstanın əsas torpağında üç bazaya əlçatanlıq imkanı verir.

Vaşinqton ilə Afinanın bu addıma dəstək verdikləri halda, Türkiyənin siyasi simalarından olan Dövlət Bağçalı Amerikanı onda ittiham edibdir ki, gərgin Afina-Ankara əlaqələrindən Türkiyəni əsl toqquşma mühitinə daxil etmək üçün istifadə edir.

Teqlər