Türkiyə ordusunun İraqdakı tələfatı artıb
Türkiyə ordusunun dörd hərbçisi bu ölkənin İraqın şimalındakı qanunsuz əməliyyatında ölüb və yaralanıb.
SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə müdafiə nazirliyi dünən bir bəyanatda bildiribdir ki, bu ölkənin iki hərbçisi Türkiyə hərbi qüvvələrinin İraqın şimalında yerləşən «Pençe-Kilit» əməliyyat məntəqsində PKK üzvlərilə toqquşmasında öldürülüb.
Bəyanata əsasən, bu toqquşmada daha iki hərbçi də yaralanıbdır.
Türkiyə müdafiə nazirliyi başqa bir bəyanatda bu ölkə ordusunun iki hərbçisinin İraqın şimalında əldəqayırma bombanın partlaması nəticəsində öldürülməsindən xəbər vermişdi.
Rəsmi statistikalara görə, indiyədək bu ölkə ordusunun əməliyyatlarında iyirmi Türkiyə hərbçisi həyatını itirib.
Bağdadın BMT Təhlükəsizlik Şurasındakı nümayəndəsi rəsmi şəkildə Ankaradan şikayət və türk qüvvələrin İraqdan çıxmalarını tələb edib.