İyun 16, 2022 12:57 Asia/Baku
  • Türkiyə
    Türkiyə

Türkiyədə 100 min həkim öz ağır əmək şəraitinə etiraz əlaməti olaraq tətil keçirir.

SəhərAzəri-nin məlumatına əsasən,Kütləvi tətil qərarı Ərdoğan hökumətinin həkimlərin və tibb işçilərinin ilkin tələblərinin rədd edildiyi qanun layihəsini parlamentə təqdim etməsindən sonra qəbul edilib.

Türkiyədəki tibb işçiləri ötən ilin dekabrından etibarən, ölkənin ən mübariz işçi qüvvəsi təbəqəsinə çevriliblər. Onlar öz tələblərinin həyata keçməsi üçün çoxsaylı tətillər və etiraz aksiyaları təşkil ediblər.

Türkiyədə həkimlər camiəsinin və digər tibb işçilərinin əksər hissəsini təmsil edən on bir tibb təşkilatı çərşənbə günü prezident Rəcəb Tayyib Ərdoğanın hökuməti tərəfindən onların maaş və müavinətlərin artırılması üzrə xahişi rədd etdikdən sonra bütün ölkədə tətil keçirir.

Yüz on minə yaxın üzvü olan Türkiyə Tibb Cəmiyyətindən əlavə, digər tibb təşkilatları, həmçinin şəfqət və digər tibb işçiləri də tətildə iştirak edirlər.

Ərdoğan mart ayının səkkizində həkimlərin artmaqda olan mühacirəti barədə belə dedi: Əgər getdilərsə, onları buraxın. Təhsilini yenicə başa vurmuş həkimlərimizi işə götürərik.

Türkiyədə rəsmi illik inflyasiya may ayında 73,5% -ə, qida maddələri inflyasiyası isə 91,6% -ə qalxıb. Bununla belə, müstəqil inflyasiya tədqiqatı qrupunun mötəbər hesabatına görə, Türkiyədə real illik inflyasiya, artıq 160% -i ötüb keçibdir.

May ayında Türkiyədə dördnəfərlik bir ailə üçün yoxsulluq həddi, 19 600 Türkiyə lirəsinə, yəni 1135 dollara çatıb. Sağlam, müvazinətli və yetərli bir qida rejimi üçün dördnəfərlik bir ailəyə lazım olan aylıq qida xərcləri mənasına gələn "aclıq həddi" isə 6 017 Türkiyə lirəsi, yəni 350 dollar həddinə çatıbdır ki, bu da 245 dollara bərabərlik edən 4250 lirəlik minimum əmək haqqından 1750 lirə çoxdur.

Türkiyədə istehlakçıların hüquqlarını müdafiə cəmiyyəti tərəfindən mart ayında aparılmış sorğuya əsasən, Türkiyənin 85 milyonluq əhalisinin təxminən doxsan faizi, başqa sözlə, 76,5 milyon nəfər yoxsulluq xəttindən aşağı həddə yaşayır.

Sorğu həmçinin göstərdi ki, bu 76,5 milyon nəfərdən 25,5 milyon nəfər normal aclıq həddindən aşağı gəlirə malikdir.

 

Teqlər