İyun 27, 2022 13:41 Asia/Baku
  • İbrahim Kalın
    İbrahim Kalın

Türkiyə prezidentinin sözçüsü Ankara, Şimali Atlantika Alyansı NATO, İsveç və Finlandiyanın dördtərəfli sammitinin keçiriləcəyini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib ki, bu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Madriddə keçiriləcək NATO liderlərinin əsas sammitindən əvvəl çərşənbə axşamı NATO-nun baş katibi Yens Stoltenberq, eləcə də İsveç və Finlandiya liderləri ilə çərşənbə axşamı Madriddə dördtərəfli zirvə toplantısı keçirəcək.

Kalın İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı Ankaranın mövqeyinə və əsas sammit öncəsi Ərdoğanın İsveç, Finlandiya və NATO rəsmiləri ilə danışıqlara qatılacağına toxunaraq, deyib: "Sammitdə iştirakımız mövqeyimizdən bir addım geri çəkiləcəyimiz anlamına gəlmir".

Teqlər