"Türkiyə üçün İsveç və Finlandiyanın sözləri deyil, hərəkətləri önəmlidir"
https://azeri.sahartv.ir/news/türkiyə-i390699-türkiyə_üçün_İsveç_və_finlandiyanın_sözləri_deyil_hərəkətləri_önəmlidir
Türkiyə prezidenti yenə də Finlandiya və İsveçi NATO-ya üzvlüklərinin qarşısını almaqla hədələyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 01, 2022 12:17 Asia/Baku

Türkiyə prezidenti yenə də Finlandiya və İsveçi NATO-ya üzvlüklərinin qarşısını almaqla hədələyib.

SəhərAzəri-nin məlumatına əsasən, Rəcəb Təyyıb Ərdoğan ABŞ-ın başçılığı altında keçirilən və üzvlərin rəsmən  Finlandiya və İsveçi bu hərbi alyansa qoşulmağa çağırdıqları NATO iclasının sonunda həmin iki ölkə ilə bağlı deyib ki, Ankara hələ də onların NATO-ya üzvlüklərinin qarşısını ala bilər.

Ərdoğan bir mətbuat konfransında bir daha xəbərdarlıq edib və bildiribdir ki: Bu anlaşmanın imzalanması o demək deyildir ki, Türkiyə avtomatik şəkildə Finlandiya və İsveçin NATO-ya qoşulmalarını qəbul edib, zira yeni ölkələrin bu alyansa qoşulmaları ondan asılıdır ki, onların üzvlük ərizələri NATO-nun bütün üzvləri tərəfindən təsdiq və sonra da həmin ölkələrin hər birinin parlamentlərində qəbul edilmiş olsun.

Türkiyə prezidenti vurğulayıb: Amma Finlandiya və İsveçin gələcək rəftarları müəyyən edəcəkdir ki, görən, Ankara onların üzvlük ərizələrini qəbul edilmək üçün Türkiyə parlamentinə göndərəcək, yoxsa yox.