FETÖ başçısı xəstəxanaya yerləşdirilib
İyul 11, 2022 12:26 Asia/Baku
Fəthullahçı terror təşkilatının (FETÖ) lideri Fəthullah Gülən xəstəxanaya yerləşdirilib.
SəhərAzəri-nin məlumatına əsasən,, bu barədə FETÖ-nün internet saytında məlumat verilib.
Gülənin təbliğatının aparıldığı herkul.org saytı onun xəstəxanada olduğunu təsdiqləyib.
FETÖ-nün rəhbər heyəti Gülən üçün dualar istəyib.
Türkiyə mətbuatı Gülənin durumunun ağır olduğunu yazıb.
Qeyd edək ki, Türkiyə hakimiyyəti Fətullah Güləni və onun başçılıq etdiyi qrupu 2016-ci il 15 iyul dövlət çevrilişinə cəhd əməliyyatında günahlandırır və Amerikada yaşayan təşkilat başçısının Türkiyəyə təhvil verilməsini tələb edir. Ancaq Amerika bu günədək rəsmi Ankaranın bu tələbinə etina etməmişdir.