Türkiyənin Rusiya-Ukrayna müharibəsinə baxışı
"Bəzi dövlətlər Rusiyanı zəiflətmək üçün münaqişəni uzatmağa çalışır"
İyul 30, 2022 10:10 Asia/Baku
Türkiyə hökuməti bildirib ki, bəzi dövlətlər Rusiyanı zəiflətmək üçün Ukraynadakı münaqişəni uzatmağa çalışır
SəhərAzəri-nin məlumatına əsasən, bu fikirlə Türkiyə Prezident Administrasiyasının kommunikasiya şöbəsinin rəhbəri Fəxrəddin Altun İspaniyanın “El Mondo” qəzetinə müsahibəsində çıxış edib.
Altun deyib ki, Ukraynada müharibəni dayandırmağa çalışanlar da var, bu müharibədən öz geosiyasi maraqlarını qorumaq üçün istifadə etməyə çalışanlar da var. Elə dövlətlər də var ki, Rusiyanı zəiflətmək üçün bu müharibəni mümkün qədər uzatmağa çalışırlar.
Onun sözlərinə görə, kimsə məsuliyyəti öz üzərinə götürməli və real problemlərin real həlli yollarını tapmalıdır.