Avq 18, 2022 18:58 Asia/Baku
  • Ərdoğan Zelenski ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkari Volodimir Zelenski ilə götüşüb.

SəhərAzəri-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Lvovdakı Potoçki sarayında baş tutan görüşdə liderlər Ukraynadakı müharibəni, o cümlədən taxıl ixracı məsələsini müzakirə ediblər.

V.Zelenski bu gün başqa qonağı ilə də görüşüb. BMT Baş katibi Antonio Quterreşlə Ukrayna prezidenti arasında görüş baş tutub.

İkitərəfli görüşlərdən sonra BMT Baş katibi Antonio Quterreş və Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın iştirakı ilə üçtərəfli görüş də proqrama daxildir.

Teqlər