Türkiyədə erməniyə vəzifə verildi
Berk Acar Babadağ şəhərinə qubernator təyin edilib
27 yaşlı erməni gənc Türkiyədə rayon qubernatoru təyin olunan ilk erməni olub.
SəhərAzəri-nin məlumatına əsasən, Aynahaber.net xəbər verir ki, etnik-erməni türk hüquqşünas Dənizli vilayətinin Babadağ şəhər və mahalına vali təyin edildikdən sonra o, Türkiyədə rayon qubernatoru vəzifəsini tutan ilk erməni olmağa hazırlaşır.
1995-ci il təvəllüdlü Berk Acar yaxın günlərdə vəzifəsinin icrasına başlayacaq.
Erməni qubernator Sahakyan Nunyan Erməni Orta Məktəbində və Luys Liseyində təhsil alıb.
Bəzi müşahidəçilər erməni vətəndaşına belə yüksək vəzifənin verilməsini hökumətin qonşularla sıfır problem siyasətinə qayıtmaq və Ermənistanla əlaqələri normallaşdırma cəhdi kimi qiymətləndirirlər.
Prezident Ərdoğan ötən gün Suriya ilə də dialoqun qurula biləcəyini istisna etməyib.