Avq 27, 2022 10:55 Asia/Baku
  • Helsinkidə İsveç, Finlandiya və Türkiyənin üçtərəfli görüşü keçirilib

Helsinkidə Türkiyə, Finlandiya və İsveçin qurduğu Daimi Birgə Mexanizmin ilk iclası keçirilib.

SəhərAzəri-nin məlumatına görə, Türkiyə, Finlandiya və İsveç 28 iyunda İspaniyanın paytaxtı Madriddə keçirilən NATO Zirvə Toplantısında Türkiyənin İsveç və Finlandiyanın NATO-ya qoşulmasına razılığı ilə bağlı üçtərəfli memorandum imzalayıb. 

"TRT" portalının məlumatına görə, bu memorandum çərçivəsində qurulan Daimi Birgə Mexanizmin ilk iclası Finlandiyanın paytaxtı Helsinkidə təşkil edilib.  

Söhbətlər zamanı Daimi Birgə Mexanizmin iş prinsipləri müəyyən edilib, Üçtərəfli Memorandumda qeyd olunan öhdəliklərin icrası ilə bağlı proseslər nəzərdən keçirilib, gələcəkdə atılacaq konkret addımlar danışılıb.

Finlandiya və İsveç Üçtərəfli Memorandumda bunları öhdəlik olaraq, götürüb: terrorizmin bütün forma və təzahürləri ilə mübarizədə Türkiyə ilə tam həmrəylik və əməkdaşlıq içində çalışmaq, Türkiyə milli təhlükəsizliyinə bütün təhdidlərə qarşı mübarizə aparmaq, xüsusilə PKK, PYD, YPG və FETÖ-yə dəstək verməmək vurğulanıb.

Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə razılaşdığını elan etməsindən bir neçə gün sonra İsveçin baş naziri Ərdoğanın Stokholmun 73 terrorçunun ekstradisiyasına razılıq verdiyinə dair iddiasını rədd edərək, deyib: "İnsanların ekstradisiyasına dair heç bir öhdəlik götürməmişik". 

Magdalena Andersson əlavə edib: "İsveç və Finlandiya Madriddə NATO sammitindən əvvəl Türkiyə ilə bir anlaşma memorandumu imzalayaraq, Ankaranın terrorçu adlandırdığı insanların ekstradisiyası ilə bağlı tələblərini "təcili və hərtərəfli" araşdırmaq barədə razılığa gəliblər".

İsveçin baş naziri vurğulayıb ki, ekstradisiyaların faktiki həyata keçirilməsi ilə bağlı heç bir vəd verilməyib və Finlandiya və İsveç bu prosesin hakimiyyət orqanlarının və müstəqil məhkəmələrin əlində olduğunu bildiriblər.

Teqlər