Yunanıstan Türkiyəyə qarşı güclü olduğunu bildirib
Yunanıstan hökumətinin sözçüsü bu ölkənin, xüsusən də Türkiyədən gələn istənilən təhlükəni dəf etmək qabiliyyətinə işarə edib.
"FARS" xəbər agentliyinin məlumatına görə, Yunanıstan hökumətinin sözçüsü İoannis Oikonomou bazar günü mətbuat konfransında deyib: "Yunanıstan Türkiyənin artan təxribatlarının qarşısını almaq üçün ənənəvi müttəfiqlərini və beynəlxalq hüququn gücünü səfərbər edə bilər".
hökumət sözçüsü əlavə edib ki, ölkənin müdafiə qabiliyyəti lazım gələrsə, istənilən təhlükəyə qarşı durmaq üçün kifayət qədər güclüdür.
Yunanıstanı "sabitlik qüvvəsi" kimi xarakterizə edən Oikonomou, hökumətin "uzunmüddətli xarici siyasətə nail olmaq" səylərini təqdir edib.
İki qonşu ölkə olan Yunanıstan və Türkiyə həmişə bir-birini hava və dəniz məkanını pozmaqda ittiham edirlər.