Dek 31, 2022 15:04 Asia/Baku
  • Ankara Suriyanın ərazisindən tamamilə çəkilməyə razılaşıb

Suriya mediası iddia edib ki, Rusiya, Suriya və Türkiyə rəsmiləri arasında Moskvada keçirilən üçtərəfli danışıqlardan sonra Ankara bütün qoşunlarını Suriyanın şimalından tamamilə çıxarmağa razılaşıb.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə ordusu terrorçularla mübarizə bəhanəsi ilə təxminən 3 ilə yaxındır ki, Suriyanın şimal və şimal-şərqinin bir hissəsini işğal edib və Türkiyə hərbçilərindən bir qrupu hələ də bu ərazilərdə mövcuddur.

Suriya hökuməti Türkiyə hərbi qüvvələrinin Suriyanın şimalında olmasını işğalçılığın bariz nümunəsi hesab edir və dəfələrlə onların geri çəkilməsini tələb edib.

Suriyanın "Əl-Vətən" qəzeti cümə günü özünün Facebook səhifəsində bir mənbəyə istinadən xəbər verib ki, Rusiya, Suriya və Türkiyə müdafiə nazirləri arasında Moskvada keçirilən danışıqlardan sonra Ankara qoşunlarını Suriyanın şimalından çıxarmağa razılaşıb.

Mənbənin sözlərinə görə, Ankara həmçinin Suriyanın suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşmanın vacibliyini vurğulayıb. 

Bundan başqa, mənbə bildirib ki, görüş iştirakçıları Kürdüstan Fəhlə Partiyası ilə əlaqəsi olan kürd birləşmələrinin "ABŞ və İsrailin agentləridir və Suriya və Türkiyə üçün ən böyük təhlükədir" mövzusunda həmfikir olublar. Tərəflər həmçinin Suriyanın qərb və şərq bölgələrini birləşdirən M4 strateji magistralının açılmasına dair sazişin icrasını müzakirə ediblər.

Mənbə iddiasının davamında bildirib ki, sözü gedən görüşdə razılaşdırılan məqamlar, düzgün icrası və təqibini təmin etmək üçün bir neçə ixtisaslaşmış komitə tərəfindən izləniləcək və iki tərəf arasında gələcək koordinasiya üçün daha bir neçə görüş keçiriləcək. 

Teqlər