Yan 06, 2023 16:46 Asia/Baku
  • Türkiyə rəsmilərinin Suriya ilə əlaqələrin bərpasına israrı

Türkiyə rəsmiləri Suriya ilə illər boyu ədavətdən və bu ölkə hökumətinə qarşı çıxan qrupların fəaliyyətlərinə dəstək verdikdən sonra hazırda tam israrla Dəməşqlə əlaqələri bərpa etmək ardıncadır.

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan regionda sülhün bərqərarı istiqamətində Suriya prezidenti Bəşşar Əsədlə görüş ehtimalından xəbər verib. Bildirib ki, əlaqələrin gücləndirilməsi məqsədilə bu illərdə ilk dəfə olaraq, Türkiyə, Rusiya və Surİya xarici işlər nazirlərinin iştirakı ilə üçtərəfli iclas keçirilməlidir.

Türkiyə başçılarının Suriya ilə əlaqələri normallaşdırmaq barədəki ifadələrinin fonunda qeyd etmək yerinə düşərdi ki, Türkiyə hərbçiləri uzun müddətdir, terrorizmlə mübarizə bəhanəsilə Suriyanın şimal bölgələrində iştirak edir və əməliyyat keçirməkdədirlər.

Türkiyə bu əməliyyatda indiyədək xas bir nailiyyət əldə etməyib və bəlkə də bu bataqlıqdan çıxmaq üçün Suriya ilə əlaqə qurmaq ardıncadır.

 

Teqlər