AFAD sədri ən son statistikanı elan etdi
Türkiyədə zəlzələdə ölənlərin sayı artır
Mart 12, 2023 15:52 Asia/Baku
Türkiyədə baş verən zəlzələ nəticəsində həyatını itirənlərin sayı 47 min 975-ə yüksəlib.
Türkiyənin fövqəladə hallar təşkilatı AFAD-ın sədri Yunus Sezer bildirib ki, 935 min 722 vətəndaş isə zəlzələ bölgəsindən təxliyə edilib.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqində 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib və ciddi dağıntılara səbəb olub.
Birləşmiş Millətlər Təşkilatı insan tələfatı ilə yanaşı zəlzələnin Türkiyə iqtisadiyyatına 100 milyard dollar ziyan vurduğunu təxmin edir.