Ərdoğanın prezident seçkilərində məğlubiyyəti proqnoz edilib
Türkiyə prezident seçkiləri barədə aparılmış digər bir rəy sorğusunun nəticələri hakim partiya namizədinin müxaliflərin ən əsas namizədinə məğlub olacağından söz açır.
SəhərAzəri-nin məlumatına görə, «Unilam» sosial araşdırmalar müəssisəsi bir rəy sorğusundan sonra Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunu prezident seçkilərinin ikinci etapının qalibi kimi təqdim edib.
Bu müəssisə dünən bu rəy sorğusu haqdakı məlumatında belə qeyd edib: Əgər on dörd may prezident seçkiləri ikinci mərhələyə çəkərsə, səslərin əlli üç tam onda doqquz faizini əldə edəcək Kılıçdaroğlu birinci, səslərin qırx altı tam onda bir faizini qazanacaq Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı prezidenti Ərdoğan isə ikinci olacaqdır.
Türkiyə prezident seçkiləri bu ölkə parlamentinə iyirmi səkkizinci çağırış seçkiləri ilə yanaşı keçiriləcək.