Ərdoğan seçki rəqibinin Rusiyaya qarşı ittihamlarını tənqid edib
Türkiyə prezidenti və bu ölkədəki hakim partiyadan qarşıdakı president seçkilərinə namizəd, Rusiyanı ittiham etdiyinə görə, müxalifət düşərgəsindəki rəqibini tənqid edib.
SəhərAzəri-nin məlumatına görə, اökumətə qarşı çıxan altı partiyanın yaratdığı “Millət” koalisiyasının vahid namizədi- Kamal Kılıçdaroğlu Rusiyanı Türkiyə seçkilərinə qarışmaqda ittiham edib. Kılıçdaroğlu rus dilində yazılmış bir tvittdə Kremli bu ölkənin seçkilərinə müdaxilə etməməyə çağırıb.
Kılıçdaroğlu həmin tvitt-də belə yazıb: Rus dostlar, seçki namizədlərinin imicini pozan kasetlərin, məzmunların/ və filmlərin montajının arxasında siz durursunuz.
Rəcəb Tayyıp Ərdoğan müxalifətin namizədinə xitabən deyib: Kamal Kılıçdaroğlu Rusiyanın Türkiyə seçkilərinə müdaxiləsi haqdakı iddialarından xəcalət çəkməlidir.
Əlbəttə, bu ittihamlar Rusiyanı da reaksiya verməyə məcbur edibdir.
Rusiya president administrasiyasının sözçüsü- Dmitri Peskov deyib: Rəsmən elan edirəm ki, Türkiyə seçkilərinə müdaxilə etmirik və Kılıçdaroğlu-ya belə bir məlumatı verən kəs, yalançıdır.