H.Bitməz İmam Xomeyni (r.ə)-i müqavimət bayraqdarı adlandırıb
Türkiyə Səadət partiyasının sədr müavini, Həzrət İmam Xomeyni(r.ə)-in vəfatının ildönümü ərəfəsində İran-Press-lə eksklüziv müsahibədə dünya imperializmi qarşısında qiyamı və Qüdsi-Şərifi himayəni İran İslam Respublikası banisinin rəhbərliyi altında İran İslam İnqilabının nəticəsi adlandırıb.
SəhərAzəri-nin məlumatına əsasən, İmam Xomeyni(r.ə)-in İran İslam İnqilabını zəfərə çatdırmaq sahəsindəki yüksək məqsədlərinə işarə edən Həsən Bitməz deyib: İnqilabdan sonra İmam Xomeyni(r.ə)-in icraya qoyduğu siyasətlərdəki iki cəhət diqqət çəkir. Onlardan biri, islami ölkələrin birliyini yaratmaqla dünya imperializmi qarşısında qiyam, digəri isə Qüdsi-Şərif və Fələstin uğrunda mübarizə üçün müqavimət bayrağını ələ almaqdır.
Həzrət İmam Xomeyni(r.ə.) 1979-cu il avqustun yeddisində mübarək ramazan ayının sonuncu cüməsini Ümumdünya Qüds Günü adlandırdı. Həmin ildən sonra müsəlmanlar, həmçinin dünyadakı bütün sərbəst düşünənlər, zülmə qarşı çıxanlar, azadlıqsevərlər və haqq axtaranları ramazan ayının sonuncu cüməsində bütün ölkələrdə məzlum Fələstin xalqını himayə istiqamətində aksiya keçirirlər.
Türkiyə Səadət partiyasının sədr müavini bu haqda deyib: İmam Xomeyni(r.ə.) bu iki hədəfə çatmaq üçün var gücü ilə son nəfəsədək və ömrünün sonunadək səy göstərdi.
İmam Xomeyni(r.ə.) iyirminci əsrin son onilliklərində İslam dünyasının rəhbəri olub- deyən Həsən Bitməz əlavə edib: O, gənclik illərində mənəvi cəhətdən özünü yetişdirdi və öz müraciətini xalq təbəqələrinə yaxşı şəkildə ötürdü ; həmin müraciətlər nəticəsində ürəkləri fəth edə və nəticə etibarı ilə İslam İnqilabını zəfərə çatdıra bildi.
O, söyləyib: İmam Xomeyni(r.ə.) inqilab prosesində hərtərəfli xalq himayəsindən əlavə, ictimaiyyətin xas təbəqəsi və ziyalılarının dəstəklərini də cəlb etməyi bacardı.
İmam Xomeyni(r.ə.)-in yolu və amallarının davam etməsinə təkid edən Bitməz vurğulayıb: İmam Xomeyni(r.ə.)-in davamçıları da onun vəfatından sonra heç vaxt bu iki məsələni inqilab hədəflərinin sərlövhəsindən çıxarmadı və həmişə İmamın fikirlərini maddi və mənəvi cəhətdən yaşatdılar.
Bu türk siyasətçi müsahibəsinin sonunda deyib: Bu fürsətdən istifadə etməklə, bir daha İmam Xomeyni(r.ə)-in vəfatının ildönümü münasibətilə başsağlığı verir və onun yolunu davam etdirən şəxslərə təşəkkür edirəm və deyirəm ki: Allah onlardan razı olsun!
İyun ayının dördü, İran İslam İnqilabının dahi banisi- İmam Xomeyni(r.ə)-in vəfatının otuz dördüncü ildönümü gününə təsadüf edir.