Türkiyə parlamentinin sədri Qərbdə Qurani-Kərimin yandırılmasını qınayıb
İslamofobiya əslində açıq-aşkar bəşəriyyətə qarşıdır
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Danimarkada Qurana edilən hücumları pisləyib.
N.Kurtulmuş sosial media hesabındakı paylaşımında Qərb dünyasında bəzi qaranlıq dairələrin təhrik etdiyi İslamofobiya və irqçiliyin təhlükəsinə narahatlıq ifadə edərək bu hadisələri diqqətlə izlədiklərini bildirib.
O, “Danimarkada müqəddəs kitabımıza qarşı nifrət hərəkətlərini şiddətlə qınayırıq. İslamofobiya əslində bəşəriyyətə açıq nifrətə çevrilib. Biz bəşəriyyəti onun qərəzlərindən azad etmək imkanlarını axtararkən irqçilik və islamafobiyanı pisləyirik” deyib.
Xatırladaq ki, Danimarkanın paytaxtı Kopenhagendə Qurani-Kərimə qarşı hücumlar həyata keçirilib.
İslam əleyhinə və irqçi "Danimarka Patriotları" qrupunun üzvü bu günlərdə Kopenhagendə Türkiyə, Pakistan, Əlcəzair, İndoneziya və İran İslam Respublikasının səfirlikləri qarşısında Quranı yandırıb.
İslam əleyhinə şüarların səsləndirildiyi təxribatlar polisin iştirakı ilə baş verib.