Fev 04, 2024 13:17 Asia/Baku
  • Azərbaycan neftinin İsrailə tədarükü pislənilib - AKTUAL

Türkiyənin İstanbuldakı Azərbaycan Baş Konsulluğunun qarşısında Azərbaycan neftinin İsrailə tədarükünə qarşı aksiya keçirilib.

Bu məlumata əsasən, fevralın 3-də keçirilən etiraz aksiyasını “Fələstin üçün 1000 gənc” təşkil edib. İştirakçılar Bakını soyqırımın iştirakçısı olaraq göstərən şüarlar səsləndirib və plakatlar qaldırıblar.

Aksiya iştirakçıları Azərbaycan neftindən Fələstində İsrailin soyqrım törətmək üçün istifadə etməsini hiddətlə qarşılayıblar. Bundan əlavə onlar Türkiyə dövlətini də qınayaraq İsrailə neftin çatdırılmasında vasitəçilik roluna görə onu qınayıblar. Təşkilatçılar həm Azərbaycandan İsrailə neft ixracını dayandırmağı, həm də Türkiyənin bu nefti İsrailə daşımağı dayandırmasını tələb ediblər.

Qeyd edilib ki, İsrail ordusunun 2023-cü il 7 oktyabrdan bəri qətlə yetirdiyi günahsız fələstinlilərin sayı 27 238 nəfərə çatıb ki, onların da 12 min nəfərini uşaqlar, 8 190 nəfərini isə qadınlar təşkil edir.

Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, keçən il Azərbaycan 22 ölkəyə 16,2 milyard dollar dəyərində 26 milyon tondan çox neft satıb.

Azərbaycanın neft ixracında ikinci yerdə İsrail gəlir. Hesabat dövründə bu rejimə 1,4 milyard dollarlıq 2,2 milyon ton neft satılıb. Və bununla da Azərbaycan hakimiyyəti xunta rejiminin hərb maşınını qidalandıran əsas tərəflərdən biri olub.

Bundan başqa, İsrail hücumları nəticəsində 7 min qəzzəli də itkin düşüb və onların 70 faizi uşaqlar və qadınlardan ibarətdir.

Bir müddət əvvəl israilli ravvin Mixail Finkel müharibə günlərində Bakı neftinin tədarükünə görə Azərbaycan hakimiyyətinə təşəkkür edib.

Finkel vurğulayıb: “Bakı nefti sayəsində Merkava tankları hərəkət edir və İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri Qəzzə zolağında müsəlmanları bombalamaq üçün uçur”.

 

Teqlər