MOSSAD-a casusluq edən daha bir dəstə saxlanıldı
https://azeri.sahartv.ir/news/türkiyə-i409179-mossad_a_casusluq_edən_daha_bir_dəstə_saxlanıldı
Türkiyə kəşfiyyatı MOSSAD-a casusluq edən daha bir dəstənin üzvlərini həbs edib.
(last modified 2024-03-09T07:58:24+00:00 )
Mart 09, 2024 11:55 Asia/Baku
  • MOSSAD-a casusluq edən daha bir dəstə saxlanıldı

Türkiyə kəşfiyyatı MOSSAD-a casusluq edən daha bir dəstənin üzvlərini həbs edib.

Bu məlumata əsasən, Türkiyə Milli İstixbarat Təşkilatı (MİT) və İstanbul Terrorla Mübarizə İdarəsinin birgə keçirdiyi əməliyyat nəticəsində MOSSAD-a casusluq edən 6 nəfər saxlanılıb, ardınca məhkəmənin qərarı ilə barələrində həbs qərarı verilib.

Türkiyə mediası xəbər verir ki, saxlanılan digər bir nəfər isə şərti olaraq sərbəst buraxılıb.

Xatırladaq ki, Türkiyə kəşfiyyatı bu yaxınlarda İsrailin kəşfiyyat orqanına (MOSSAD) işləyən 7 casusu yaxalamışdı.