Ərdoğan Paşinyanla danışdı
Münasibətlərin tam şəkildə normallaşdırılmasına təkid edilib
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Ermənistan baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.
Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti xəbər verir ki, telefon danışığı zamanı Ərdoğan Ermənistanın şimal rayonlarında baş vermiş sel fəlakəti ilə bağlı Paşinyana başsağlığı verib. Söhbət zamanı hər iki lider Türkiyə ilə Ermənistan arasında ilkin şərt olmadan münasibətlərin tam şəkildə normallaşdırılması üçün siyasi iradələrini vurğulayıblar. Bu kontekstdə liderlər iki ölkənin xüsusi nümayəndələri arasında danışıqların davam etdirilməsinin vacibliyinə diqqət çəkib və indiyə qədər razılaşdırılmış məsələləri təsdiqləyiblər.
Liderlər həmçinin Türkiyə və Ermənistanın yüksək səviyyəli rəsmiləri arasında davam edən dialoqu məmnunluqla qeyd ediblər.