"3+3" platformasının növbəti iclası İstanbulda keçiriləcək
https://azeri.sahartv.ir/news/türkiyə-i415226-3_3_platformasının_növbəti_iclası_İstanbulda_keçiriləcək
İranın xarici işlər naziri Abbas Əraqçi regional "3+3" platformasının Türkiyədə keçiriləcək iclasında iştirak edəcək.
(last modified 2024-10-10T15:26:45+00:00 )
Okt 10, 2024 11:12 Asia/Baku

İranın xarici işlər naziri Abbas Əraqçi regional "3+3" platformasının Türkiyədə keçiriləcək iclasında iştirak edəcək.

Türkiyənin "Sabah" qəzeti İranın Ankaradakı səfiri Məhəmməd Həsən Həbibollahzadəyə istinadən bu barədə məlumat dərc edib.

"Səfir bildirib ki, Türkiyə, İran, Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstanın formalaşdırdığı sülhə nail olmaq məqsədi daşıyan "3+3" platformasının üçüncü iclasının Türkiyədə keçirilməsi planlaşdırılır və İranın xarici işlər naziri Əraqçi bu görüşdə iştirak edəcək", nəşr yazır.

"3+3" platforması Cənubi Qafqaz regionunun altı ölkəsi (Rusiya, Türkiyə, İran, Azərbaycan, Ermənistan və Gürcüstan) arasında geniş əməkdaşlığı nəzərdə tutur. Gürcüstan dəfələrlə bu formatda iştiraka dəvət olunub, lakin hələ də onun işinə qoşulmayıb.

23 oktyabr 2023-cü ildə platformanın XİN başçılarının ilk iclası Tehranda keçirilib