Ərdoğan: İran və Türkiyə arasında əməkdaşlıq artmalıdır
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan İran İslam Respublikasının xarici işlər naziri ilə baş tutan görüşündə, bu iki ölkə arasında əlaqələrin genişləndirilməsinə işarə edib
Xarici işlər nazirlərinin 3+3 regional əməkdaşlıq toplantısında iştirak etmək və Türkiyənin yüksək rütbəli rəsmiləri ilə görüşmək üçün İstanbula səfər edən İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi, cümə günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ikitərəfli görüş keçirib və o, Tehran və Ankara arasındakı ikitərəfli əlaqələr və bölgədəki son hadisələrdən danışıb.İran İslam Respublikasının prezidenti, Pezeşkiyanın səmimi salamlarını Türkiyə prezidentinə çatdıran Əraqçi regional qarşılıqlı əlaqələrin gücləndirilməsini və ikitərəfli əlaqələrin, xüsusilə ticarət, iqtisadi, turizm sahələrinin və həmçinin terrorla mübarizənin də genişləndirilməsinə işarə edib.Xarici işlər naziri vurğulayıb: İran və Türkiyə regionda iki böyük qonşu və islam dünyasında nüfuzlu ölkədirlər.Eyni zamanda İran İslam Respublikası və Türkiyə höküməti qondarma İsrail rejimin sərhədsiz təcavüz və cinayətlərinin regionun təhlükəsizliyinə və sabitliyinə yaratdığı ciddi təhlükə barədə fikir mübadiləsi aparırmalı və təcili tədbirlərin görülməsinin zərurətliyində və günahsız insanların öldürülməsinə son qoyulmasında, müharibənin qızışdırılmasının qarşısının alınmasında, Qəzza və Livanda İsrail rejiminin törətdiyi soyqırımın dayandırılmasında israrlı olmalıdırlar.Xarici işlər naziri həmçinin, İsrail rejiminin cinayətlərinin dayandırılması üçün qərarların qəbul edilməsi və təcili tədbirlərin həyata keçirilməsi üçün regionun təsirli ölkələri, xüsusilə İran və Türkiyə arasında olan həmkarlığın zəruri olduğunu bildirib. Bu görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəmizin prezidentinə salamlarını çatdırıb, həmçinin o bildirib ki ,İsrail rejiminin soyqırımını və cinayətlərinin dayandırılması üçün regionun iki mühüm ölkəsi olan, İran və Türkiyə arasında ciddi və sıx əməkdaşlıq önəmlidir.Türkiyə Prezidenti də iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsində Türkiyənin ciddi əzmi olduğunu vurğulayaraq, əlaqələrin bütün sahələrdə, xüsusilə də iki ölkə arasında iqtisadi-ticari əlaqələrinin genişləndirilməsi və bəzi mövcud maneələrin aradan qaldırılması prosesini dəstəklədiyini bildirib.