İlk Kruz raketləri ordunun Hərbi Hava Qüvvələrinə təhvil verilib
İlk Kruz raketləri ordunun Hərbi Hava Qüvvələrinə təhvil verilib
Verilişin müddəti : 00:02:00
Tarix : 2016/02/10
İlk Kruz raketləri ordunun Hərbi Hava Qüvvələrinə təhvil verilib
İranın müdafiə naziri deyib: İranın Müdafiə Nazirliyinin Aeronavtika Təşkilatının güclü alimləri və mütəxəssisləri cihad və inqilab ruhiyyəsi ilə müxtəlif sahələrdə Silahlı Qüvvələrin strateji ehtiyaclarını təmin edirlər.
Səhər Beynəlxalq Televiziyasının İSNA-ya istinadla verdiyi məlumata görə, İranın müdafiə naziri general-mayor Hüseyn Dehqan Nəsr gəmiyə qarşı kruz raketlərinin İran İslam Respublikası ordusunun Hərbi Hava Qüvvələrinə təhvil verilməsi mərasimində İranın əsasən də müdafiə sahələrindəki inkişaflarını əzəmətli İslam İnqiabının bərəkətlərindən adlandırıb.
General Dehqan sistemlər və təchizatların dizaynı və rekonstruksiyası yolu ilə Silahlı Qüvvələrin ehtiyac duyduğu təchizatın modernləşdirilməsini Müdafiə Nazirliyinin prioritetlərindən adlandırıb və İslam İnqilabının qələbəsinin 37-ci ilində Müdafiə Nazirliyində İran xalqının rəşadətli övladlarının özünəinam ruhiyyəsinin zirvələrdə olduğunu bildirib.
İranın müdafiə naziri Nəsr raketinin funksiyasını açıqlayaraq deyib: Bu raket nəzərdə tutulan məqsədləri məhv etmək üçün yüksək potensiallara malikdir.
General Dehqan Kruz Nəsr raketinin İran İslam Respublikası ordusu Hərbi Hava Qüvvələrinin taktiki və əməliyyat qüdrətini yüksəltdiyini bildirərək əlavə edib: Nəsr silah sistemi müxtəlif qrıcı təyyarələr üzərində quraşdırılmaq imkanına malikdir.
Bu gün Fəcr Ongünlüyünün 9-cü günü ilə yanaşı İranın müdafiə naziri, Hərbi Hava Qüvvələri Komandanı general Həsən Şahsəfinin iştirakı ilə İranın Müdafiə Nazirliyinin Aeronavtika Sənayesi Təşkilatı tərəfindən gəmiyə qarşı Nəsr raketinin istehsal obyektinin ilk məhsul toplusu ordunun Hərbi Hava Qüvvələrinə təhvil verilib.