Noy 25, 2017 23:56 Asia/Baku
  • İŞİD-in yaranması və sonu

Suriyanın cənubunda Bukamal şəhəri və İraqın Ravə şəhərinin terrorçulardan azad olunması ilə İŞİD terror qruplaşmasının həyatına son qoyuldu.

İraq və Suriyada təkfirçi İŞİD terror qruplaşmasının kökünün kəsilməsi ilə bu iki ölkənin hökumətləri rəsmi şəkildə İrandan kömək və məsləhətçi hərbçilərin göndərilməsini istədilər. İraq və Suriyada İŞİD terrorçularının sürətli hərəkəti və şəhərlərini bir-bir işğal etməsi işi o yerə çatdırdı ki, hərbi və siyasi analitiklər İraq və Suriyanın İŞİD qarşısında altı aydan çox davam gətirə bilməyəcəyini elan etdilər. Amma İranın strateji iştirakı bütün hesablamaları alt-üst etdi.

Bura Suriyanın şimal-şərqində Fəratın sahilidir. Riqqə şəhəri, terrorçuların Suriyanın bayrağını endirdiyi və öz simvollarını şəhərin darvazasına vurduqları ilk şəhər.

Çox keçmədi ki, Hələbin yarısı, Homsun bir çox hissəsi, Həma, Deyruz-Zur, Həsəkənin böyük ərazisi, hətta İdlibin bir hissəsini terrorçular ən vəhşicəsinə işğal etdilər. və özlərini Şam İslam Dövləti adlandırdılar. Suriyadan sadəcə Dəməşq və bir neçə strateji vilayət, o cümlədən Laziqiyyə və Tarsus qalmışdı.

Terrorçular və banilərinin məqsədi Dəməşq Zəlzələsi adlı əməliyyat altında Suriya dövlətinin işinə son qoymaq idi, həyata da keçirildi. Terrorçular Prezident Sarayının divarlarına, hətta Həzrət Zeynəbin ziyarətgahına çatmışdılar.

Siyasi və hərbi analitiklərin qənaətincə, Suriyanın süqutunun çox ağır mənfi nəticələri ola bilərdi.

Sepahın komandan əvəzi general Salami müsahibəsində demişdi: Suriya bu zəncirdən ayrılsaydı, bizim Fələstin, Livan və Suriya ilə bağlantımız kəsilərdi. Yəni müqavimət cəbhəsinin dayaqları bir-birindən ayrılardı. İslam düşmənləri hər bir siyasi cərəyan və hər bir xalqla ayrı-ayrılıqda davranarlarsa, təklikdə hər bir xalqı diz çökdürəcəklər.

Elə buradan, Müqəddəs Müdafiə dövründə İranın bir neçə müdafiəçisindən biri olan Suriyanın müdafiəsi İran İslam Respublikasının gündəmində yer tutdu.

Strateji Araşdırmalar İnstitutunun rəhbəri Patrik söyləmişdi: Sepahın Qüds komandanları Suriyada ordu və hərbçilərə təlimlər keçməkdədirlər. Onlar İraq-İran müharibəsində iştirak etmiş peşəkar hərbçilərdir. Onlardan bir çoxu Hizbullaha İran və Livanda təlim keçiblər. Onlar peşəkar və təcrübəlidirlər.

Birmenhem Universitetinin müəllimi Lukas demişdi: İran Suriya ordusunun təklikdə uğur qazana bilməyəcəyini bilirdi. Suriyada döyüş cəbhələri çox genişlənmişdi. Ezam olunması üçün yetərli qüvvə yox idi. İran Suriyanın Milli Müdafiə Qüvvələrini təşkil etdi ki, Suriya ordusunun kənarında döyüşsün. Bu qüvvələr ön cəbhədə döyüşməkdədirlər.

İranın Suriyadakı hərbi iştirakının nəticələri Vaşinqton siyasətçilərinin arzu etdikləri deyildi. Elə buna görə, amerikalılar dəfələrlə elan etmişdilər ki, İranın Suriyadan çıxmasını istəyirlər.

ABŞ dövlət katibi Reks Tillerson bildirmişdi: Biz Azad Suriyanı istəyirik. Amma bu model Suriyada Bəşşar Əsədə yer yoxdur. Bu da, İran öz hərbi nüfuzu, o cümlədən savaş üçün Suriyaya ezam etdiyi Keşikçilər Korpusu və yaxud yaraqlıların Suriyadan çıxarmasını və bu ölkəni boşaltmasını tələb edir.

İran Suriyadan çıxmadı, üstəlik İraq dövlətinin rəsmi müraciəti ilə təkfirçi terrorçuları məhv etmək üçün bu ölkə ərazisinə də daxil oldu. Özü də həmin zamanda Şam İslam Dövləti adlanan terror qruplaşması İraqa da kök atmış və adını İraq-Şam İslam Dövləti və ya həmin İŞİD adına genişləndirmişdi.

İŞİD İraqda da şərqdən-qərbə qədər böyük irəliləyişlər etmişdi. Diyalə, Səlahəddin, Mosul, Neynəva vilayətləri və Kərkükün bəzi hissələrini işğal etdi və İran sərhədlərinə yaxınlaşmaqda idi.

İraq xarici işlər naziri İbrahim Cəfəri həmin vaxt müsahibə verərək demişdi: İrandan İraqa gəlməsini biz istədik. Biz özümüz onlara viza verdik. Həmin vaxtda əl-Anbar, Mosul və başqa ərazilər itirilmişdi.

İranlı keşikçilər general Qasim Süleymaninin komandanlığı altında İraq torpağında da terrorçularla mübarizəni davam etdirdilər.

Sepahın Aeronavtika Qüvvələri komandanı Hacızadə müsahibə verərək bildirmişdi ki, İranın köməyi olmasaydı, İŞİD Kürdüstanı almışdı, bizim əziz generalımız, general Süleymani 70 nəfərlə İŞİD-in qarşısını aldı və onlar Ərbilə girə bilmədilər.

Düz iranlı hərbi məsləhətçilərin İŞİD-lə mübarizə üçün İraq dövlətinə kömək etdikləri zaman, ABŞ İran qüvvələrinin səhnədən çıxarılması üçün əlindən gələni etdi.

ABŞ Dövlət Departamentinin sabiq sözçüsü Mark Tuner o vaxt bildirmişdi ki, BMT-nin Süleymani əleyhinə sanksiyası öz qüvvəsindədir. Və biz bütün ölkələrdən istəyirik ki, BMT-nin bu qətnaməsinə hörmətlə yanaşsın və onu icra etsinlər.

Müqavimət mehvəri təxminən 6 il İranın rəhbərliyi ilə Suriya və İraq xalqlarının kənarında əsrin ən cinayətkar terror qruplaşması ilə savaşdı və bu iki ölkənin işğal olunmuş şəhərlərini bir-bir azad etdi.

İndi İranın rəhbərliyi ilə İŞİD-in məğlubiyyəti bəzilərinə çox baha başa gəlib.

ABŞ-ın Suriyadakı sabiq səfiri Ford demişdi ki, Suriya savaşının sadəcə bir qalibi yoxdur, İran bu savaşın qaliblərindəndir, Bəşşar Əsəd hökuməti bu meydanın qalibidir, ABŞ isə bu müharibənin ən böyük məğlubu deyil, amma şübhəsiz məğlublardan biridir.  

 

Teqlər