Avq 31, 2018 21:22 Asia/Baku
  • Zərif Pakistanın baş naziri ilə görüşüb
    Zərif Pakistanın baş naziri ilə görüşüb

İranın xarici işlər naziri Pakistanın yeni baş naziri ilə görüşüb.

Mohəmməd Cavad Zərif və İmran xan bu gün İslamabadda keçirilən bu görüşdə İran-Pakistan əlaqələrinin sərhəd, ticarət, iqtisadiyyat sahələrində genişləndirilməsinin önəmi və zərurətinə toxunaraq, islami ölkələrin İslam dünyasına və regiona aid olan məsələlərdə yaxın əməkdaşlıqlarının vacibliyini vurğulayıblar.

İranın xarici işlər naziri və Pakistanın baş naziri həmçinin ekstremizm və terrorizmlə ciddi mübarizə, eləcə də bütün region ölkələrində sülh və sabitliyin yerləşdirilməsi üzrə səylərin genişləndirilməsi vacibliyi barədə danışıblar.

İranın xarici işlər naziri Pakistanın yeni dövlətinin başçıları ilə görüşmək və iki ölkə həmkarlıqlarının genişləndirilməsi məqsədilə bir nümayəndə heyətilə dünən axşam İslamabada daxil olub.

Zərif indiyədək İslamabadda Pakistan ordusunun quru qoşunlarının komandanı Qəmər Cavid Bacva, Pakistan milli məclisinin sədri Əsəd Qeysər və bu ölkənin xarici işlər naziri Məxdum şah Məhmud Qoreyşi ilə görüşüb və onlarla ikitərəfli münasibətlərin genişləndirilməsi, həmçinin regional və beynəlxalq həmkarlıqlar barədə danışıbdır.

Teqlər