Azərbaycan R. qonşu ölkələrlə iki və üçtərəfli həmkarlıqların davamını vurğulayıb
Azərbaycan Respublikası həmişə İran və digər qonşu ölkələrlə iki və üçtərəfli həmkarlıqları alqışlayır və bu əməkdaşlıqların davam etməsinə dəstək verir.
Verilişin müddəti : 00:02:10
Tarix : 2018/08/31
-------------------------------------------------------------------------
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev Türkiyə, İran İslam Respublikası və Rusiya prezidentlərinin qarşıdakı Tehran iclası barədə müxbirlərlə müsahibədə belə deyib: Azərbaycan Respublikası həmişə bu cür səmərəli danışıqları və region ölkələrilə səmərəli əlaqələrin genişləndirilməsi üzrə səyləri himayə edir.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü bu ölkə və Ermənistan xarici işlər nazirlərinin Qarabağ münaqişəsinin həlli barədə görüş keçirəcəklərini bildirib. Həmin görüş Minsk Qrupunun vasitəçiliyi ilə sentyabrın ortalarında BMT Baş Assambleyası sessiyasının kənarında keçiriləcək. O, bir daha Bakının bu iclasda səmərəli və məzmunlu müzakirələrə hazır olduğunu bildirib və iki ölkə başçılarının görüşü üzrə proqramlaşdırma barədə deyib ki, hələ bu mövzu iclasın gündəminə salınmayıbdır.
-------------------------------------------------------------------------
Bu proqram İran, Azərbaycan Respublikası və dünyanın gündəminin əsas məsələlərini dialoq və təhlil mehvəri ilə araşdırır.