Tehranda Rəhbərlik Xobreqanı Məclisinin beşinci iclası başlanıb
Sen 04, 2018 16:26 Asia/Baku
Rəhbərlik Xobreqanı Məclisinin beşinci iclası bu gün səhər ayətullah Əhməd Cənnətinin sədrliyi ilə Tehranda işə başlayıb.
Elan olunmuş proqrama əsasən, Rəhbərlik Xobreqanı Məclisi sədrinin çıxışından sonra üzvlərin hər biri 15 dəqiqə müddətinə ölkə, region və beynəlxalq səhnənin aktual məsələləri barədə çıxış edəcək.
İranın məhkəmə hakimiyyətinin sədri ayətullah Sadeq Amoli-Laricani və İran İslam Şurası Məclisinin sədri Əli Laricani bu dövrdə dəvət olunmuş şəxsiyyətlərdəndirlər.
Qərar üzrə məhkəmə hakimiyyəti və qanunvericilik hakimiyyətinin sədrləri xalqın problemlərinin aradan qaldırılması istiqamətində görülmüş tədbirlər barədə Rəhbərlik Xobreqanı Məclisinə məlumat verməlidirlər.