Sen 28, 2018 20:34 Asia/Baku

İran və Azərbaycan R-nın narkotik maddələrlə mübarizə üzrə polis rəisləri görüşüblər. Bu görüşdə tərəflər narkotik maddələrlə mübarizədə həmkarlıqların gücləndirilməsi vacibliyini vurğulayıblar.

İran İslam Respublikasının Polis Qüvvələrinin narkotik maddələrlə mübarizə üzrə polis rəisi general pasdar Mohəmməd Məsud Zahediyan Azərbaycan Respublikasının narkotik maddələrlə mübarizə üzrə polis rəisi general Həzi Aslanov ilə görüşüb. General Zahediyan bu görüşdə İran İslam Respublikasının narkotik maddələr qaçaqmalçılığı ilə mübarizə üzrə fəaliyyətlərini şərh edərək, deyib: Bu iclaslar növbəli və illik şəkildə keçirilməlidir. 

İran İslam Respublikasının Polis Qüvvələrinin narkotik maddələrlə mübarizə üzrə polis rəisi İran və Azərbaycan Respublikasının narkotik maddələrlə mübarizə polisi işçiləri üçün təlim kurslarının keçirilməsini vurğulayaraq, deyib: Azərbaycan Respublikasına  koordinator zabit göndərməyə hazır olduğumuzu bildiririk.

General Zahediyan sonda iki ölkə həmkarlıqlarının gücləndirilməsi vacibliyini vurğulayaraq, belə qeyd edib: İki ölkə arasında narkotik maddələr qaçaqmalçılığı barədə informasiya və təcrübələr mübadiləsi bu nəhs fenomen ilə ciddi mübarizədə təsirli ola bilər.

Azərbaycan Respublikasının narkotik maddələrlə mübarizə üzrə polis rəisi general Həzi Aslanov da bu görüşdə iki ölkənin narkotik maddələrlə mübarizədə əzmkar olduğunu bildirərək, söyləyib: İran İslam Respublikasının narkotik maddələrlə mübarizə üzrə səyləri təqdirəlayiqdir.

O, Azərbaycan Respublikasının İranla əməkdaşlığı gücləndirmək üzrə ciddi və hərtərəfli hazırlığını elan edib.

Teqlər