Okt 02, 2018 15:51 Asia/Baku

İranın Buşehr vilayətində geniş xurmalıqların mövcud olması potensial bir qüdrətdir ki, sənayeləşməklə, iş yerləri yaratmaqla yanaşı, İranda qeyri-neft ixracatından böyük bir payı özünə aid edə bilər.

Verilişin müddəti : 00:02:32

Tarix : 2018/10/02

-------------------------------------------------------------------------

Bu günlər payız günləridir; hər yerdə yarpaqların tökülməsinin həzin səsi eşidilir.

Amma Buşehrin Abpəxş məntəqəsinin xurmalıqlarının mərkəzində həyat cərəyan edir və yalnız iş və zəhmət səsi eşidilir.

Bu məhsulun əldə olunması üçün bir əkinçi dörd dəfə- qış, yaz, yay və payızda xurma ağacına baş çəkməlidir.

Bu məntəqənin bir milyon 400 min xurma ağacından xurma yığımı yavaş-yavaş başa çatmaq üzrədir: Xurma yığımı fəsli adətən sentyabrın əvvəllərindən başlanır və oktyabrın əvvəllərinədək başa çatır. Gecə saat ikidə oyanırıq ki, hava bir az sərin olur və hava qızanadək işləyirik: Hər il 60 min ton məhsul yığımı olur ki, əgər onu tümənə çevirmək istəsək, onun xam satışı təqribən 280 milyard tümən olar ki, Buşehrin Abpəxş məntəqəsinin iqtisadiyyatına daxil olur.

Cənab Əhmədi bu məntəqənin 48 yaşlı əkinçisidir ki, yalnız bu xurmalıqlar vasitəsilə qazanc əldə edir, O, deyir ki, suvarmanın fasiləsiz istehlakının azaldılmasının bu il onun gəlirinin miqdarına təsiri olmayıbdır: Əgər bir gün üç dəfə suvarma aparırdımsa, bu il iki dəfə suvarma apardım və 40 kilo yerinə, 70 kilo məhsul yığdım.

Xurmanın şirinliyi illər boyudur ki, ostan xaricindəki xurma tacirlərinin necə deyərlər, ağzını şirin edir.

Əldə olunmuş bu xurma əkinçilərin çox böyük zəhmətləri hesabına əldə edilibdir, lakin kaş, xam satış yerinə, xurma üzrə emal təchizatlarımız olaydı, təmizləmə və qablaşdırma elə buradaca həyata keçiriləydi və bu məntəqənin bir neçə fəhləsi də işə götürüləydi.

Zahedi və Kəpkap Buşehr ostanında istehsal olunan xurmalar arasında daha çox paya malikdirlər: Bu il də proqnoz edilir ki, başlıca olaraq, Rusiya, Hindistan və Pakistan olan bizim ixracat bazarlarımız ilə bağlı ixracat bəhsimiz olmayacaq və məhsulun on üç faizini ixrac edəcəyik.

Buşehr ostanının ərazilərindən 36 min hektar ərazidə altı milyon xurma ağacı əkilibdir ki, ildə 50 min ton xurma istehsal edir.

 

-------------------------------------------------------------------------

 

Bu proqram İran, Azərbaycan Respublikası və dünyanın gündəminin əsas məsələlərini dialoq və təhlil mehvəri ilə araşdırır.

Teqlər