İran - Azərbaycan gömrüklərində xidmətlərin sadələşdirilməsi məsələsi araşdırılır
https://azeri.sahartv.ir/news/Özəl-i325402-İran_azərbaycan_gömrüklərində_xidmətlərin_sadələşdirilməsi_məsələsi_araşdırılır
İran İslam Respublikası və Azərbaycan Respublikası rəsmiləri nəqliyyat vasitələri və insanların iki ölkənin sərhəd keçid məntəqələrindən daha asan və sürətli keçə bilmələri yollarını araşdırıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 13, 2018 17:58 Asia/Baku
  • İran - Azərbaycan gömrüklərində xidmətlərin sadələşdirilməsi məsələsi araşdırılır

İran İslam Respublikası və Azərbaycan Respublikası rəsmiləri nəqliyyat vasitələri və insanların iki ölkənin sərhəd keçid məntəqələrindən daha asan və sürətli keçə bilmələri yollarını araşdırıblar.

İRNA-nın məlumatına görə, Azərbaycan Dövlət Gömrük Komitəsi cümə günü bu komitənin Gömrük Fəaliyyətlərinin Təşkili Baş İdarəsinin rəisi Şahin Əli Əsgərov ilə İranın Astara Gömrük İdarəsinin rəhbəri Rəsul Ümidi arasında Bakıda görüşün baş tutmasından xəbər verib. 

Bu məlumata görə, İran və Azərbaycanın gömrük rəsmiləri nəqliyyat vasitələri və insanların sərhəd keçid məntəqəsindən daha sürətli keçə bilmələrini habale, onların təhlükəsizliyinin təmin edilməsi məsələlərini araşdırıblar. 

Bu görüşdə öncəki müzakirələrin nəticələri də araşdırılıb və gömrük xidmətlərinin sadələşdirilməsi barədə fikir mübadiləsi aparılıb.