İraqlı qəbilə başçıları ABŞ-ın İrana qarşı sanksiyalarını məhkum etdilər
İraqlı qəbilə başçılarından olan təqribən 500 nəfər Bağdadda keçirilən seminarda ABŞ-ın İrana qarşı birtərəfli sanksiyalarını qınayıblar.
İRNA-nın məlumatına görə, İraqlı qəbilə başçıları bu seminarda sanksiyaların əsasən əhalinin az təminatlı təbəqəsinə zərbə vurduğunu bildiriblər.
ABŞ-ın İran İslam Respublikasına qarşı sanksiyaları İraqda müxtəlif qruplar və şəxsiyyətlər tərəfindən etirazla qarşılanıb.
İraqın baş naziri bundan öncə bildirmişdi ki, ölkəsi ABŞ-ın İrana qarşı sanksiyalarına tam formada əməl etməyəcək.
Adil Əbdülmehdi Bağdadın ABŞ-ın İrana qarşı sanksiyaları ilə müxalif olduğunu bildirərək, İraqın bu sanksiyalara əməl etməyəcəyini demişdi.
Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini də son zamanlar İraqın baş naziri ilə saxladığı telefon əlaqəsində AB-nin İraqın sanksiyalar qarşısındakı mövqeyini dəstəklədiyini bildirib.