Yan 24, 2019 21:02 Asia/Baku

İran İslam Respublikasının TeleRadio Təşkilatının sərhədaşırı bölmə üzrə sədr müavini bu gün səhər tezdən Press TV kanalının aparıcısı Mərziyyə Haşiminin azad edilməsi münasibətiə dünya azadələrini təbrik edərək, vurğulayıb ki, Amerika ümumi fikrin təzyiqləri altında xanım Haşimini azad etməyə məcbur oldu.

Verilişin müddəti : 00:01:00

Tarix : 2019/01/24

-------------------------------------------------------------------------

                           

Peyman Cebelli deyib: “Haşimi” məsələsi sübut etdi ki, Amerikada ümumi fikrin oyanışı və agahlığına olduqca böyük ehtiyac duyulur ki, bu ölkənin hökuməti məhbusları azad etməyə məcbur olmuş olsun.

Cebelli əlavə edib: Xanım Haşiminin azad edilməsi İranın Press TV və Əlaləm telekanalları daxil olmaqla müstəqil medialar üçün böyük bir nailiyyətdir.

Mərziyyə Haşimi Amerikada on bir gün həbsdə olduqdan sonra heç bir cinayətdə ittiham olunmadan Vaşinqton vaxtı ilə çərşənbə günü axşam azad edilib.

 

-------------------------------------------------------------------------

 

Bu proqram İran, Azərbaycan Respublikası və dünyanın gündəminin əsas məsələlərini dialoq və təhlil mehvəri ilə araşdırır.

Teqlər