Mart 27, 2019 23:07 Asia/Baku

Böyük təqlid mərcələrindən biri Ameriknanın sionist rejimin Suriyanın işğal olunmuş Qolan yüksəkliklərinə hakmiyyətini rəsmən tanımasını Amerikanın divanəliyinin kulminasiya nöqtəsi adlandırıb.

Qom şəhərində böyük təqlid mərcələrindən olan Ayətullah Hoseyn Nuri-Həmədani dünən axşamçağı bir bəyanatda Amerikanın bu qalmaqallı hərəkətini pisləyərək, vurğulayıb: Heç vaxt xalqların suverenliklərinə sadiq olmayan Amerika saxta sionist rejimi himayə etməklə özünün regiondakı nüfuzunu genişləndirmək istəyir.

Ayətullah Nuri-Həmədani müqavimət cəbhəsinin günü-gündən regionda qüdrətlənməsinə işarə edərək, əlavə edib: Suriya və Fələstin keçmişdəkindən daha artıq müqavimətli şəkildə Amerikanın Qolan qarşısındakı təhlükəli fitnəsi ilə mübarizə aparacaqlar.

Bu təqlid mərcəyi həmçinin islami ölkələrdən və beynəlxalq təşkilatlardan istəyibdir ki, bu təcavüz qarşısında susmayaraq, onu pisləsinlər.

Teqlər