Sionist rejim fələstinli əsirlərin şərt və tələbələrini qəbul edib
https://azeri.sahartv.ir/news/Özəl-i339020-sionist_rejim_fələstinli_əsirlərin_şərt_və_tələbələrini_qəbul_edib
Fələstinli əsirlər sionist rejim məhbəslərində səkkiz gün aclıq aksiyası keçirəndən sonra nəhayət sionist rejimin məhbəslər təşkilatını öz şərt və tələbələrinə təslim ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 16, 2019 17:40 Asia/Baku

Fələstinli əsirlər sionist rejim məhbəslərində səkkiz gün aclıq aksiyası keçirəndən sonra nəhayət sionist rejimin məhbəslər təşkilatını öz şərt və tələbələrinə təslim ediblər.

Fələstinli Əsirlərin İnformasiya Ofisi dünən gecə bir bəyanatda fələstinli əsirlərin sionist rejimin məhbəslər təşkilatı ilə razılaşmasından xəbər verib və bildirib ki, sionist rejim sonda, fələstinli əsirlərin, uğrunda aclıq aksiyası keçirdikləri bütün şərt və tələbələrini qəbul etməyə məcbur olubdur.

Zindan bölmələrindən parazit aparatının götürülməsi, zindan ərazilərində ümumi telefonların quraşdırılması və yüzlərlə fələstinli əsirə tətbiq edilmiş görüş qadağasının ləğvi fələstinli əsirlərin əsas tələblərindən olubdur.

400-dən çox fələstinli əsir sionist rejimin məhbəslər təşkilatının əsirlərə qarşı cəzalarına, həmçinin bu rejim məhbəslərinə hakim kəsilmiş duruma etiraz olaraq,2019-cu ilin 7 aprelindən bəri aclıq aksiyası keçiribdir.