Təxt Rəvançi: ABŞ-ın 2231 saylı qətnamədən sui-istifadə cəhdi əbəsdir
İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi və səfiri ABŞ-ın İranı Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozmaqda ittiham etmək cəhdinin faydasız olduğunu dedi.
Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi 20 yanvar 2015-ci ildə qəbul edilib. Bu qətnamə İran və 5+1 qrupu arasında nüvə anlaşmasının əldə edilməsinin ardınca qəbul edilib. Bu qətnaməyə əsasən daha öncədən Təhlükəsizlik Şurası tərəfindən İranın nüvə proqramı ilə əlaqədar qəbul edilmiş 6 qətnaməsi qüvvədən düşmüş olub.
Məcid Təxt Rəvançi cümə axşamı İRİB-yə verdiyi müsahibədə dedi: Amerikalılar Təhlükəsizlik Şurasının üzvləri və BMT-nin Baş Katibliyi ilə danışıqlarda İranın raket proqramına dair mənfi baxış formalaşdırmağa çalışırlar.
Təxt Rəvançi İranın raket proqramının Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi ilə heç bir əlaqəyə malik olmadığını söyləyərək, dedi: Bu qətnamə nüvə başlığı daşımağa qadir olan raketlərin istehsal edilməməsini istəyir və İranın istehsal etdiyi raketlərin heç biri belə bir təyinata malik deyil.
O, ABŞ-ın diqqətləri bu ölkənin nüvə anlaşmadan çıxmasından və Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozmasından yayındırmağa çalışdığını bildirərək, dedi: İranın mövqeyi tamamilə aydındır və ABŞ-ın bu qətnamədən sui-istifadə etmək istəməsi məsələsi Təhlükəsizlik Şurasının üzvlərinin diqqətinə çatdırılıb.
İranın BMT-dəki səfiri və daimi nümayəndəsi həmçinin dedi: İranın raket qüdrəti sırf müdafiə xarakteri daşıyır və müzakirəyə də açıq deyil.