Nüvə anlaşmasından kənar mövzuların irəli sürülməsi onun qorunmasına kömək etməyəcək
İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi bu gün Fransa prezidenti Emmanuel Makronun öz amerikalı həmkarı ilə görüşdə söylədiyi nüvə anlaşmasından kənar sözlərinə reaksiyada deyib ki, bu mövzuların irəli sürülməsi onun qorunmasına kömək etməyəcəkdir.
Seyyed Əbbas Musəvi bildirib ki, avropalı ölkələr indiyədək bəzi siyasi çıxışlar və bəyanatlara rəğmən, Amerikanın qanunsuz şəkildə nüvə anlaşmasından çıxmasından öncə və sonra bu anlaşmadakı öhdəlikləri ilə bağlı zəif mövqedən çıxış ediblər. O, deyib: Avropalılar nüvə anlaşmasından kənar mövzular irəli sürərək, nəinki onun qorunmasına kömək etmirlər, əksinə nüvə anlaşmasında qalmış tərəflər arasında daha çox etimadsızlığa zəmin yaradaraq, Amerikanı anlaşmanın dağılmasından başqa bir şey olmayan bu beynəlxalq anlaşmadan qanunsuz şəkildə çıxmaq üzrə məqsədinə daha da yaxınlaşdırırlar.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Amerika prezidentinin bu görüşdəki təkrar, dəlilsiz və təzadlı iddialarını da dəyərsiz adlandırıb və yeni reaksiyaya layiqli bilməyibdir.
Ölkəsi nüvə anlaşmasını imzalamış və indiyədək bu beynəlxalq anlaşmanın icrası üçün öz öhdəliklərini yerinə yetirməmiş tərəflərdən biri olan Fransa preizidenti dünən axşam ABŞ prezidenti Donald Trampla birgə mətbuat konfransında deyib: Paris və Vaşinqton İran qarşısında ortaq məqsədlərə malikdirlər və nüvə anlaşması maddələrinin genişləndirilməsi üçün yeni müzakirələr başlanmalıdır.
Tramp da bu mətbuat konfransında bir daha İran İslam Respublikasına qarşı ittiham və iddialarını təkrar edərək, deybdir ki, İranın nüvə silahı olmamalıdır.
Trampın bu sözləri elə bir halda söylənibdir ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik indiyədək on beş dəfə İranın nüvə fəaliyyətlərinin dincməqsədli və İran İslam Respublikasının nüvə anlaşmasına sədaqətli olduğunu təsdiq edibdir.