Fransada 33-cü həftənin etirazları
Fransa hökuməti bu ölkə xalqının etirazları qarşısında heç bir yumşaqlıq göstərmir heç, üstəlik flaşbal güllələrdən də istifadə edir.
Verilişin müddəti : 00:02:06
Tarix : 01-07-2019
----------------------------------------------------------------------------------------------------
Nəreyşen: İndi nə yay tətilləri, nə qadınların futbol üzrə dünya çempionatı, nə də ki, havanın tarixi və misilsiz istisi onların bu həftə küçələrə çıxmalarına mane olmadı.
Müsahibə: Bu gün polis zorakılığına qarşı mübarizə və yaralıların anılması üçün aksiya keçiririk. 14 min nəfərdən çox ölü, yaralı və məhbus yeddi ay etirazın nəticəsidir. Bu göstərir ki, biz müstəbid lüks bir avropalı quruluşla tərəfi-müqabilik.
Bu quruluş müxtəlif xəbərdarlıqlara baxmayaraq, etirazçılara qarşı qeyri-adi silahlara əl atıbdır. Flaşbal bu 33 etiraz şənbəsində təqribən yüz etirazçını aradan götürüb, yəni ya bədən üzvü kəsilib, ya da ki, bədən üzvlərindən biri qüsurlu olubdur.
Müsahibə: Mən bu hərəkatın yaralılarından biriyəm. Flaşbal gülləsi boğazıma dəyib və hər ay müalicə və cərrahiyyə əməliyyatı üçün həkimə müraciət edirəm. Polis zorakılığının bu yadigarı ilə bəlkə də daha ömrümün sonunadək asanlıqla danışa bilməyəm.
Nəreyşen: Kapitalizm quruluşuna etiraz edənlər elə bir halda bu şənbə də etirazlar keçirdilər ki, Fransa hökuməti üçün etirazçıların işi bitibdir.
Müsahibə: Makron məlumdur ki, işi buraxmayacaq, çünki varlılara arxalanır. Eybi yoxdur, biz də işi buraxmayacağıq, çünki xalqın dəstəyinə söykənmişik.
Nəreyşen: Fransada etiraz şənbələri serialı davam edir. Etirazçıların tələblərinə məhəl qoymayan, yumşalmaz hökumətin qarşısında dəyişilməz bir hərəkatla.
Nəreyşen: Etirazçı xalqın küçələrdə iştirakı, özü də etirazların 33-cü həftəsində, həm də Fransanın bugünlərdəki təqribən əlli dərəcə istisində. Fransa medialarının bildirdiklərinə görə, bu hərəkat çevrilməzdir.
----------------------------------------------------------------------------------------------------
Xəbərlər proqramı İran, Azərbaycan Respublikası və dünyanın önəmli olaylarını əks etdirir.