Azərbaycan XİN İrana başsağlığı verib
https://azeri.sahartv.ir/news/Özəl-i351941-azərbaycan_xİn_İrana_başsağlığı_verib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ölkəmizdə baş vermiş zəlzələ ilə bağlı başsağlığı verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 09, 2019 11:14 Asia/Baku

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ölkəmizdə baş vermiş zəlzələ ilə bağlı başsağlığı verib.

"İranda zəlzələnin baş verməsi xəbəri bizi dərindən kədərləndirdi. Zəlzələ nəticəsində həlak olanlara və onların yaxınlarına başsağlığı bildirir, yaralılara isə Allahdan şəfa diləyirik. Belə bir gündə qardaş İran xalqına və dövlətinə hər cür köməklik göstərməyə hazırıq", - deyə qeyd olunub.