Dek 04, 2019 13:25 Asia/Baku

İran İslam Respublikasının prezidenti deyib: İran və Azərbaycan Respublikası ötən illərdə ikitəfəli əlaqələrin daha da genişləndirilməsi istiqamətində son dərəcə müsbət addımlar atıblar.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani dünən axşam Tehranda Azərbaycan Respublikasının baş nazir müavini Şahin Mustafayev ilə görüşdə əlavə edib: Müştərək layihələr sahəsində əməkdaşlığın genişləndirilməsi, ikitərəfli əlaqələrin genişləndirilməsinə təkan verəcəkdir.

İran İslam Respublikasının prezidenti söyləyib: İran Xəzər dənizində neftin çıxarılması və bu sahədə kəşfiyyat əməliyyatlarını ciddi surətdə izləyir.

Şahin Mustafayev də Azərbaycan Respublikası prezidenti İlham Əliyevin İran prezidentinə ünvanlanmış müraciətini təqdim edərək, deyib ki, Tehran-Bakı həmkarlıqları müxtəlif sahələrdə inkişaf edibdir.

Azərbaycan Respublikasının baş nazir müavini əlavə edib: İran və Azərbaycan Respublikasının ticarət mübadilələri həcmi 2014-cü ildən bəri üçqat, həmçinin Azərbaycan Respublikasında fəaliyyət göstərən iranlı şirkətlərin sayı ötən bir ildə əlli faiz artıbdır.

Teqlər