Yan 07, 2020 15:54 Asia/Baku

İranın xarici işlər naziri Almaniya və İngiltərənin xarici işlər nazirlərilə telefon əlaqəsində region reallıqlarını dərk etməməyi Avropanın strateji səhvi adlandırıb.

Verilişin müddəti : 00:01:09

Tarix : 2020/01/07

 

-------------------------------------------------------------------------

Hayko Maas və Dominik Raab dünən axşam Məhəmməd Cavad Zəriflə ayrı-ayrılıqda telefon əlaqəsi quraraq, onunlar son regional və beynəlxalq olaylar və nüvə anlaşması ətrafında fikir mübadiləsi aparıblar.

Zərif bu danışıqlarda Tehranın Berlin və Londonun son mövqelərindən narazı olduğunu bildirib. ABŞ-ı kəskin tənqid edən Zərif xüsusən general-leytenant Qasem Soleymaninin terrorundan sonra regiondakı hər cür gərginlik və əmin-amansızlıqda Vaşinqtonun məsuliyyət daşıdığını bildirib.

İranın xarici işlər naziri avropalıların nüvə anlaşmasındakı öhdəliklərinin yerinə yetirilməsindəki passivliklərini də tənqid edib. O, Tehranın cavab addımlarını nüvə anlaşması çərçivəsində İranın təbii haqqı adlandırıb və bu vəziyyətin dayandırılmasının yeganə yolunu öhdəliklərin avropalılar tərəfindən yerinə yetirilməsi adlandırıb.

Almaniya və İngiltərənin xarici işlər nazirləri də bu telefon söhbətlərində bölgədə gərginliyin artmasının qarşısının alınması vacibliyini vurğulayıblar.

 

 

-------------------------------------------------------------------------

 

Bu proqram İran, Azərbaycan Respublikası və dünyanın gündəminin əsas məsələlərini dialoq və təhlil mehvəri ilə araşdırır.

Teqlər