Netanyahu müqavimətin cavabından qorxuya düşüb
Sionist rejimin baş naziri Amerikanın müqavimət cəbhəsi fəallarını şəhid etmək üzrə terror hərəkətini öncə himayə etsə də sonradan bildirib ki, bu rejim ABŞ-ın Bağdad hava limanına hücumunda iştirak etməyib.
Verilişin müddəti : 00:01:02
Tarix : 2020/01/07
-------------------------------------------------------------------------
Benyamin Netanyahu dünən axşam bu rejimin siyasi-təhlükəsizlik nazirlər kabinetinin iclasında deyib ki, general Soleymaninin İraqda öldürülməsi amerikan bir hərəkət olub və bu rejim onda iştirak etmədiyi üçün həmin macəraya çəkilməməlidir.
Netanyahunun bu hərəkətini öz mövqeyindən geriçəkilmə adlandırmaq olar. Zira o, general-leytenant Qasem Soleymaninin terror edilməsindən sonra şadlıq və bu cinayət münasibətilə amerikalıları təbrik etmişdi. O, həmçinin bildirmişdi ki, sionist rejim Amerikanın kənarında dayanıb və onun hərəkətlərini himayə edir.
Qeyd edək ki, İran və müqavimət cəbhəsi həmin terror hərəkətinin səbəbkarlarından sərt intiqam alacaqlarını bildirmişdilər.
-------------------------------------------------------------------------
Bu proqram İran, Azərbaycan Respublikası və dünyanın gündəminin əsas məsələlərini dialoq və təhlil mehvəri ilə araşdırır.