Sepah-ın baş komandanı: Sərt, möhkəm və qətiyyətli intiqam alacağıq
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı deyib: Son sözü əvvəldə deyirəm: İntiqam alacağıq, intiqam alacağıq; sərt, möhkəm, peşmanedici, qətiyyətli və tamamlayan bir intiqam. Buna əminəm.
Verilişin müddəti : 00:01:23
Tarix : 2020/01/08
-------------------------------------------------------------------------
General Səlami bu gün Kermanın Azadi meydanında general-leytenant Hacı Qasem Soleymani və general Hoseyn Poucəfərinin pak cənazələri ilə vida mərasimində deyib: General düşmən qarşısında süst olmadı, ürəyi arxayın idi və 41 il döyüş paltarını əynindən çıxarmadı. Cihad libası müsəlmanların izzət libasıdır.
Səlami şəhid Soleymaninin şəxsiyyətinin miqyasını İslam Dünyası sərhədlərindən daha geniş adlandırıb və belə deyib: Onun şəxsiyyəti elə formalaşmışdı ki, bu gün bütün bəşəriyyət ona sitayiş edir və onu məzlumlara dəstək və müqavimət nümunəsi kimi yad edir.
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı söyləyib: Şəhid Qasem Soleymani, Qasem Soleymanidən daha da diridir və Şəhid Qasem Soleymani, düşmən üçün Qasem Soleymanidən daha təhlükəlidir.
General Səlami şəhid Soleymanini Amerikanın məğlubiyyətinin memarı adlandırıb və belə qeyd edib: Amerikalılar İran xalqını İslam İnqilabından və Rəhbərdən ayırmağa çox can atdılar, amma Amerika görsün ki, İran xalqı nə üçün küçələrə axışdı. Bununla, inqilab daha da canlandı.
-------------------------------------------------------------------------
Bu proqram İran, Azərbaycan Respublikası və dünyanın gündəminin əsas məsələlərini dialoq və təhlil mehvəri ilə araşdırır.