Suriyanın İdlib vilayətində daha üç kənd azad edilib
https://azeri.sahartv.ir/news/Özəl-i358406-suriyanın_İdlib_vilayətində_daha_üç_kənd_azad_edilib
İnformasiya mənbələri dünən gecə Suriya ordusu tərəfindən bu ölkənin İdlib vilayətinin cənubunda yerləşən daha üç kəndin azad edilməsindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 27, 2020 09:14 Asia/Baku
  • Suriyanın İdlib vilayətində daha üç kənd azad edilib

İnformasiya mənbələri dünən gecə Suriya ordusu tərəfindən bu ölkənin İdlib vilayətinin cənubunda yerləşən daha üç kəndin azad edilməsindən xəbər veriblər.

Suriya ordusu dünən İdlib vilayətinin cənubundakı irəliləyişlərinin davamında Kərsəa, Əlməlaca və Fəttirəh kəndlərini terrorçuların işğalından azad etməyə müvəffəq olubdur.

Suriya ordusu bundan qabaqkı günlərdə də İdlib vilayətinin cənubunda bir neçə kəndi və bölgəni azad edə bilmişdi.

İdlib vilayəti terrorçuların Suriyadakı sonuncu bazasıdır.

Suriyada böhran 2011-ci ildən Ərəbistanın, Amerikanın və müttəfiqlərinin himayə etdikləri terror qruplarının geniş hücumları ilə başlandı. Məqsəd, region parametrlərini sionist rejimin xeyrinə dəyişmək olubdur.

Suriya ordusu son zamanlar İran İslam Respublikasının hərbi məsləhətləri və Rusiyanın himayəsilə İŞİD terror qrupunun bu ölkədəki işini bitirə bildi.

Digər terror qrupları da məğlub olmaqdadırlar.