Apr 19, 2020 22:29 Asia/Baku
  • ABŞ hərbçiləri Qamışlının ətrafından geri çəkiliblər
    ABŞ hərbçiləri Qamışlının ətrafından geri çəkiliblər

Suriyanın şimal-şərqində yerləşən Qamışlı bölgəsinin ətrafındakı kəndlərin sakinləri amerikalı hərbçilərin hərəkətlərinin qarşısını alıb və onları geri çəkilməyə məcbur ediblər.

Qamışlı bölgəsinin ətrafındakı kəndlərin sakinləri amerikalı hərbçilərin Suriyadakı qanunsuz iştiraklarına etirazlarının davamında bu gün «Təl Həmis» bölgəsinin «Əbu Qəsayeb» kəndindən keçməkdə olan amerikalı işğalçıların dörd zirehli avtomobilinin hərəkətinin qarşısını alıb, onları öz bazalarına tərəf geri dönməyə məcbur ediblər.

Qamışlı ətrafındakı kəndlərin xalq qüvvələrinin amerikalı təcavüzkarlar qarşısındakı müqavimətləri elə bir halda həyata keçirilibdir ki, onlar qırıcıların hava dəstəyinə malik idilər.

Suriyalı mənbələr bildiriblər ki, Qamışlı kəndlərinin yerli sakinləri həmişə amerikalı qəsbkar qüvvələrin öz kəndlərində və ümumi keçidlərdəki hərəkətlərini izləməkdədirlər ki, onları geri çəkilməyə məcbur etmiş olsunlar.

Suriyanın Əlhəsəkə vilayətində yerləşən Qamışlı bölgəsi kəndlərinin sakinləri indiyədək bir neçə dəfə amerikalı işğalçılar karvanının öz kəndlərinə daxl olmalarının qarşısını alıblar. Onun ən yeni halı martın sonlarına aiddir ki, amerikan karvanı daşa basaraq, geri çəkilməyə məcbur etdilər.

Suriyanın neft ehtiyatlarının təqribən doxsan faizi Fərat çayının şərq bölgəsində yerləşir. Bu bölgə bundan öncə İŞİD-in işğalında idi, hazırda isə Amerikanın himayəsi altında olan qüvvələrin nəzarətindədir.

ABŞ HƏRBÇİLƏRİ QAMIŞLININ ƏTRAFINDAN GERİ ÇƏKİLİBLƏR

Teqlər