Apr 20, 2020 19:41 Asia/Baku
  • Virciniya qubernatoru Trampı tənqid edib

Virciniya ştatının qubernatoru koronavirus analizi üçün tibb ləvazimatları çatışmazlığına görə ABŞ prezidentini tənqid və sayıqlamaqda ittiham edib.

Virciniya ştatının qubernatoru Ralf Nortam dünən CNN telekanalı ilə müsahibədə ABŞ prezidenti Donald Trampın sözlərinə reaksiyada deyib ki, bu ştatda koronavirus testi üçün lazımi ləvazimatlar yoxdur.

Donald Tramp Amerikanın koronavirus testi üçün böyük imkanlara malik olduğunu bildirmişdi. Belə bir halda, Virciniya ştatının qubernatoru vurğulayıb ki, bu sözləri söyləmək sayıqlamaq deməkdir.

Nortam sonra deyib ki, Virciniya ştatı hər gün koronavirus testi üçün lazımi ləvazimat və fərdi qoruyucu təchizatları əldə etmək üçün vuruşmalıdır, ştatda yetərincə vasitə yoxdur.

Tramp şənbə günü mətbuat konfransı zamanı Amerikanın koronavirus testi üçün böyük imkanlara malik olduğunu iddia etdi. Dedi ki, bəziləri bu məsələni siyasiləşdirməyə çalışırlar.

VİRCİNİYA QUBERNATORU TRAMPI TƏNQİD EDİB

Teqlər