ABŞ-ın iqtisadi perspektivi acınacaqlıdır
https://azeri.sahartv.ir/news/Özəl-i361087-abŞ_ın_iqtisadi_perspektivi_acınacaqlıdır
Ağ Ev-in iqtisadi müşaviri koronavirus pandemiyasından sonra Amerikanın acınacaqlı iqtisadi perspektivi barədə xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 27, 2020 15:44 Asia/Baku
  • ABŞ-ın iqtisadi perspektivi acınacaqlıdır

Ağ Ev-in iqtisadi müşaviri koronavirus pandemiyasından sonra Amerikanın acınacaqlı iqtisadi perspektivi barədə xəbərdarlıq edib.

Ağ Ev-in iqtisadi müşaviri Kevin Host aprelin 26-da iqtisadi durumun ağırlaşması haqda xəbərdarlıq edib. Bildirib ki, Amerikada koronavirusun yayılması ölkə üçün pis perspektiv yaradıb və işsizlik göstəricisi yalnız Amerikanın böyük iqtisadi durğunluğu dövründə şahidi olduğumuz səviyyəyə çata bilər.

Ağ Ev-in iqtisadi müşaviri sonra söyləyib: Bu, Amerika iqtisadiyyatının indiyədək gördüyü ən böyük şokdur.

ABŞ konqresinin büdcə ofisi cümə günü proqnoz edibdir ki, koronavirus pandemiyasından irəli gələn iqtisadi nəticələrə əsasən, federal hökumətin büdcə çatışmazlığı bu il təqribən dördqat artacaq və 3 trilyon 700 milyard dollara çatacaqdır.

Amerikanın əmək nazirliyi də məlumat veribdir ki, indiyədək bütövlükdə 26 milyon amerikalı işini itiribdir.

ABŞ-IN İQTİSADİ PERSPEKTİVİ ACINACAQLIDIR