May 11, 2020 12:04 Asia/Baku
  • İraq parlamentinin üzvləri ABŞ qüvvələrinin ixracı mövzusunun reallaşmasını istəyiblər

İraq parlamentində Bədr fraksiyasının sədri amerikalı hərbçilərin İraqdan qovulmaları məsələsinin izlənilməsindən xəbər verib.

Həsən Şakir Əlkəəbi dünən gecə İraqın Ələhd telekanalı ilə müsahibədə deyib ki, bir qrup nümayəndə parlamentdən istəyibdir ki, xarici qüvvələrin çıxarılmasının zaman cədvəlini müəyyən etsin.

İraq parlamenti yanvarın 5-də Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant Hac Qasem Soleymaninin və İraqın Əlhəşduşşəbi qüvvələrinin sədr müavini Əbuməhdi Əlmuhəndisin Bağdad hava limanının yaxınlığında terrorçu Amerika hökuməti tərəfindən namərdcəsinə terror edilmələrinin ardınca amerikalı qüvvələrin İraqdan qovulmaları layihəsini qəbul etdi.

İraq parlamenti bu ölkə xalqının ardıcıl şəkildə amerikalı hərbçilərin İraqdan qovulmaları qanunun qəbul edilməsini tələb etməsindən sonra öz təcili iclasını keçirdi.

İraqın məsul şəxslərinin rəsmi dəvəti ilə yanvarın 3-də bu ölkəyə səfər etmiş İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant pasdar Qasem Soleymani İraqın xalq səfərbər qüvvələri- Həşduşşəbi-nin rəis müavini Əbu-Məhdi Əlmuhəndis və digər səkkiz nəfərlə yanaşı, amerikalı terrorçuların Bağdad hava limanının yaxınlığına qarşı hava hücumunda şəhid oldu.

ABŞ-ın müharibə nazirliyi- Pentaqon-un bildirdiyinə görə, bu hava hücumu barədə göstərişi bu ölkənin prezidenti Donald Tramp veribdir.

Bir çox ölkə, təşkilat və qrup ABŞ-ın bu terror hərəkətini pisləyibdir.

General Soleymani və Əbu-Məhdi Əlmuhəndis Qərbi Asiya bölgəsində İŞİD daxil olmaqla təkfirçi və terrorçu qruplarla mübarizənin görkəmli simalarından idilər.

ABŞ HƏRBÇİLƏRİNİN İRAQDAN QOVULMALARI TƏLƏB OLUNUR

Teqlər